2 İyul 2014 10:27
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann "DÇ-2014"ün 1/8 finalında məğlub olduqları Belçika ilə oyun haqda fikirlərini bölüşüb.

Oyundan sonra keçirilən mətbuat konfransında danışan təcrübəli mütəxəssis məğlubiyyətə baxmayaraq futbolçuları ilə qürur duyduğunu bildirib:

"Komandam 120 dəqiqə ərzində 100 faiz gücünü ortaya qoydu. Lakin təəssüf ki, sonda uduzduq. Möhtəşəm oyun, əsl triller oldu. Oyun ərzində bir neçə dəfə hesabı bərabərləşdirmək şansımız olsa da, bundan yararlana bilmədik. Rəqibi təbrik etmək istəyirəm. Futbolçularımla qürur duyuram. Təkcə, bu oyun üçün deyil, ümumilikdə turnirdəki çıxışına görə komandamdan razı qaldım. Amerika bizimlə fəxr edə bilər".

Qeyd edək ki, əlavə vaxtda Belçikaya 1:2 hesabı ilə uduzan ABŞ yığması mundialda mübarizəni dayandırıb./qol.az/


Müəllif: