22 Aprel 2014 17:36

Mayın 6-da “Barselona”nın prezidenti Xosep Maria Bartomeu FİFA-nın prezidenti Jozef Blatterlə görüşəcək.

Teleqraf.com xəbər verir ki, görüşdə “Barselona”ya tətbiq olunan qadağa müzakirə olunacaq.

Xatırladaq ki, aprelin 2-də FİFA “Barselona”ya futbolçu transferi ilə bağlı qadağa tətbiq edib. Artıq Blatterlə Bartomeu bu məsələni telefonla müzakirə ediblər. “Barselona”nın prezidenti ümid edir ki, FİFA şefi ilə mayın 6-da aparılacaq tet-a-tet müzakirələrdən sonra qadağa aradan qaldırılacaq.


Müəllif: