4 İyul 2014 16:26
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Futbol Federasiyasının prezidenti Nikolay Tolstix Milli komandanın oyunçularına və texniki heyətə Braziliyada təşkil olunan Dünya Kubokunda göstərdiyi zəif nəticəyə görə pul verilməyəcəyini bildirib.

Axar.az xəbər verir ki, mətbuata bu barədə açıqlama verən Nikolay Tolstix Milli komandanın Dünya Kuboku çərçivəsində göstərdiyi oyuna və baş məşqçı Fabio Kapellonun fəaliyyətinə münasibət bildirib. Onun sözlərinə görə, komanda çox pis nəticə göstərib: “Nə futbolçular, nə də texniki heyət heç biri mükafat almayacaq. Ancaq bu cəza Milli komandanın digər heyətinə şamil edilmir”.


İtalyan mütəxəssis Fabio Kapellonun komandadan gedib-getməyəcəyinə aydınlıq gətirən federasiya prezidenti “Müqavilədə bu maddə var. Amma biz təzminat düşünmürük. Daha çox analiz etməyi fikirləşirik. Ümid edirəm ki, analizdə yalnız qapıçının gözünə tutulan lazer işığı və hakim səhvləri ortaya çıxacaq. Texniki heyətin hazırladığı hesabatı gözləmək lazım olacaq”, - deyə münasibət bildirib.


Qeyd edək ki, rus mətbuatında yer alan xəbərlərə görə, Fabio Kapellonu baş məşqçi vəzifəsindən azad etmək Rusiya Futbol Federasiyasına 32 milyon avroya başa gələ bilər.


Xatırladaq ki, Dünya Kubokunun H qrupunda yer alan Rusiya yığması, Belçikaya 1-0 məğlub, Cənubi Koreya və Əlcəzair ilə 1-1 heç-heçə oynayaraq mundiala vida etmişdi.


Müəllif: