5 İyul 2014 09:55
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Devid Luiz Futbol üzrə Dünya Çempionatının 1/4 final matçında Kolumbiya ilə (2:1) oyunda komanda yoldaşı Neymarın zədələnməsini şərh edib.

Hücumçu rəqib komandanın müdafiəçisi Kamilo Suniqa ilə toqquşmadan sonra bel nahiyyəsindən zədə alır və oyunu tərk edir. ANS PRESS-in məlumatına görə, daha sonra Neymar xəstəxanaya yerləşdirilir. Müəyyən olunur ki, Neymarın bel sümüyü çatlayıb və bu da braziliyalı oyunçunu mundial matçlarından kənarlaşdırıb.

"Biz udmağımıza şadıq, buna baxmayaraq Neymarın zədə almasına da pis olduq. O bizə qardaş kimi idi. Suniqi günahlandırırammı? Yox. Hərdən emosiyalardan irəli gələrək insan nə baş verə biləcəyini düşünmədən hərəkət edir. Əgər bunu qəsdən edibsə, payını alacaq. Yox əgər bilmədən edibsə- neynək bu futboldur".

Qeyd edək ki, yarımfinalda Braziliya yığması Almaniya millisi ilə görüşəcək.


Müəllif: