6 İyul 2014 19:55

Madridin “Real” klubunun əfsanəvi futbolçusu olmuş Alfredo di Stefano ürəyindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.

Hazırda o, süni koma vəziyyətindədir.

88 yaşlı di Stefanonun səhhəti iyulun 5-dən 6-na keçən gecə pisləşib.

Onun olduğu klinikaya gedən “Real”ın prezidenti Floretino Peres di Stefanonun durumundan narahat olduqlarını deyib: “Real” ailəsi olaraq, Alfredo di Stefanoya tezliklə sağalmağı arzulayırıq”.

Qeyd edək ki, Alfredo di Stefano “Real”la birgə səkkiz dəfə İspaniya çempionu (1953/54, 1954/55, 1956/57, 1957/58, 1960/61, 1961/62, 1962/63, 1963/64) və beş dəfə Avropa Çempionlar kubokunu, indiki Çempionlar Liqasını (1955/56, 1956/57, 1957/58, 1958/59, 1959/60) qazanıb. Bundan başqa, o, müxtəlf vaxtlarda Argentina, Kolumbiya çempionu da olub.

Di Stefano məşqçi kimi də bir sıra ciddi uğurlar əldə edib./qol.az/


Müəllif: