23 Aprel 2014 14:51
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Top Gear” verilişinin aparıcısı Jeremi Klarkson itinə “Qalatasaray”ın ulduzu Droqbanın adını qoyub.

Teleqraf.com xəbər verir ki, 54 yaşlı aparıcı bununla bağlı "Twitter" səhifəsində yazıb. Xəbərə səhifələrində yer verən "Daily Mail" onu sərt şəkildə tənqid edib. Qəzet aparıcını irqçilikdə ittiham edib. Klarksonun cavabı isə belə olub:

“Olduqca sevimli bir itə bir futbolçunun adını vermək niyə irqçilik olur ki?”

Aygün İlqarqızı


Müəllif: