8 Aprel 2014 12:23

“Barselona” yayda klubla müqaviləsi bitəcək Viktor Valdesə əvəzləyici axtarışını davam etdirir.

Teleqraf.com xəbər verir ki, katalonlar “Levante”nin qapıçısı Keylor Navasla maraqlanır. “Levante” 27 yaşlı qapıçı üçün 10 milyon avro tələb edir.

“Barselona”nın bu məbləğlə razılaşıb-razılaşmadığı açıqlanmasa da, qapıçının transferi gerçəkləşməyə də bilər. FİFA “Barselona”ya növbəti 2 mövsüm üçün transfer qadağası tətbiq edib. Bu qərardan şikayət edən klub qadağanı aradan qaldırmağa müvəffəq olmasa, transfer baş tutmayacaq.


Müəllif: Teleqraf.com