23 Aprel 2014 15:09

Azərbaycan Premyer Liqasının 31-ci turunun “Simurq” – “Qarabağ” oyununda ev sahibi komandanın qolunun müəllifi kimi Draqan Çeranın adı qeyd olunmuşdu.

Teleqraf.com xəbər verir ki, oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tərəfindən öz qapısına vurulduğu aşkarlanıb.

Bununla bağlı Peşəkar Futbol Liqası oyunun protokolunda müvafiq dəyişiklik edib və qol Bədavi Hüseynovun avtoqolu kimi qeydə alınıb.


Müəllif: