10 İyul 2014 13:34
526

Dünya çempionatının yarımfinalında üz-üzə gələn Braziliya-Almaniya oyunundan sonra intihar hadisəsi baş verib.


Braziliya yığmasının azarkeşi 10-cu sinif şagirdi Praqya Thapa özünü yaşadığı evin tavanından asaraq öldürüb.

Qızın cəsədi anası tərəfindən tapılıb. Cəsəd ekspertizaya göndərilib. Polis faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, iyunun 9-da dünya çempionatının yarımfinal mərhələsində Braziliya yığması Almaniya millisi ilə qarşılaşmışdı. "Alman maşını" “sambaçı”ları 7:1 hesabı ilə məğlub etmişdi. Bu ölkədə kəskin etirazlara səbəb olmuşdu. Hətta azarkeşlər bəzi futbolçuları döyməyə də cəhd etmişdi.

/ans press/


Müəllif: