23 Aprel 2014 16:14

"Shamkir Chess 2014" turnirinin istirahət günündə təşkilatçılar şahmatçılar arasında futbol matçı keçirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, yoldaşlıq matçında 3 komandanın iştirak edəcəyi gözlənilir.

Əcnəbi şahmatçılar dünya yığmasını formalaşdıracaqlar. Dünya yığmasının heyətində dünya çempionu Maqnus Karlsen, Hikaru Nakamura, Sergey Karyakin, Aleksandr Motılyov, Fabiano Karuana və digərləri çıxış edəcəklər. Yerli şahmatçılar Azərbaycan milli komandasını formalaşdıracaqlar. Millimizin şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Nicat Abbasov və digərləri qoruyacaq. Daha bir komandada isə jurnalistlər, şərhçilər və digər şəxslər yer alacaq. Maraqlı futbol matçı aprelin 25-də baş tutacaq.


Müəllif: