23 Aprel 2014 16:46
475

"Barselona"ya iki dönəm transfer yasağı qoyan FİFA qərarını dəyişib.

Teleqaf.com xəbər verir ki, ali futbol qurumu qərarın icrasını dayandırıb."Barselona" FİFA-nın qərarından İdman Arbitaj Məhkəməsinə (CAS) şikayət etmişdi. Ali futbol qurumu cəzanın tətbiqini bu səbəbdən dayandırıb. Yəni FİFA CAS qərar verənədək gözləyəcək. Bu səbəbdən "Barselona" yayda heyətinə yeni oyunçular qata biləcək.

Qeyd edək ki, "Barselona" 18 yaşdan aşağı futbolçuların transferindəki saxtakarlıqlara görə cəzalandırılmışdı.


Müəllif: