11 İyul 2014 12:18
681

Dünya çempionatına Kolumbiya matçında aldığı zədə ilə yekun vuran Neymar maraqlı açıqlama verib.

Gənc futbolçu mundialın finalında Argentinaya azarkeşlik edəcəyini bildirib: “ Tanrı məni qorudu. Əgər Suniqanın (Neymarı zədələyən kolumbiyalı futbolçu) zərbəsi daha 2 sm içəri nüfuz etsəydi, bu gün əlil arabasında olacaqdım. Suniqaya qarşı kin bəsləmirəm, bu futboldur. Almaniyaya 7-1 hesabı ilə uduzmaq çox kədərlidir. İnanıram ki, finalda Argentina əvəzimisi çıxacaq. Messiyə və Argentina yığmasına inanıram”

Neymarın bu açıqlaması, Argentina millisinin uğurunu heç zaman arzulamayan braziliyalıları əsəbiləşdirib.

/qafqaz.info/


Müəllif: