23 Aprel 2014 17:52
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində yarımfinal döyüşlərinə start verilib.

Teleqraf.com Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, ilk olaraq 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov rinqə çıxıb. Ancaq həmyerlimiz özbəkistanlı Süleymon Latipova məğlub olub - 0:3. Beləliklə, R.Hüseynov dünya birinciliyinin bürünc medalı ilə kifayətlənib.

Bu gün Bakı vaxtı ilə saat 19.00-da Məsud Yusifzadə (52 kq) rinqə çıxacaq. Boksçumuz finala vəsiqə uğrunda döyüşdə Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə üz-üzə gələcək.

Çində keçiriləcək yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya verən dünya birinciliyinin final görüşləri aprelin 24-də olacaq.

Qeyd edək ki, Sofiyada ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edir.


Müəllif: