11 İyul 2014 23:27
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı ulduz futbolçu Neymar zədələndikdən sonra ilk dəfə media qarşısına çıxıb.

Ulduz futbolçu final oyunu barədə fikirlərini bölüşərək Argentinalı forvard Messinin Braziliyanın qisasını alacağını deyib: “Biz bir komandada forma geyinirik. Messi mənim yaxın dostum və komanda yoldaşımdır. Ümid edirəm ki, o bizim qisasımızı Almaniyadan alacaq”.

Kolumbiya ilə oyunda belindən ağır zədə alan futbolçu səhhəti barədə də danışıb. Onun sözlərinə görə, zərbə 2 sm də dərin olsaydı, ömürlük şikəst olacaqdı: “Tanrı məni qorudu. Futbol oynadığım dövr ərzində belə zədə almamışdım. Amma buna baxmayaraq, zədə keçicidir”.

Qeyd edək ki, futbolçu onu zədələyən Kolumbiya millisinin üzvü Xuan Kamilo Zuniqaya qarşı kin bəsləmədiyini bildirib.

/axar.az/


Müəllif: