15 Aprel 01:52

Avropa Liqasının 1/4 final oyunu çərçivəsində “Lion”la “Beşiktaş” arasında keçirilən oyundan öncə hər iki klubun azarkeşlərinin arasında baş verən davaya görə 12 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Fransa mətbuatının yaydığı məlumata görə, saxlanılanların hansı klubun azarkeşi olduğu açıqlanmır.

Qeyd edək ki, dava zamanı 2-i azarkeş, 5-i mühafizə xidmət olmaqla, ümumilikdə 7 nəfər yaralanıb.


Müəllif: