15 Aprel 2017 20:27
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir cup” turnirinə yekun vurulub.

Teleqraf.com-un məlumatına görə, “Qəbələ” turnirin son günündə 4 oyun keçirib.

“Qırmızı-qaralar” 17-24-cü yerlər uğrunda mübarizədə B qrupunda çıxış edib. Komanda əvvəl Elmir Hüseynlinin qolu ilə “Şiltiqeym”ə qalib gəlib -1:0. Ardınca “Hamborn”la qarşılaşan Zaur Hacıyevin futbolçuları 2:1 hesablı qələbə əldə edib. Qrupdakı son matçında “Tuzlaspor”la qolsuz heç-heçə edən komanda 1-ci yeri tutub.

Bu, “qırmızı-qaralar”a 17-ci yer uğrunda matçda oynamaq imkanı verib. Son matçında “Krasnodar”la görüşən “Qəbələ” 2:1 hesablı qələbə qazanıb və turniri 17-ci pillədə başa vurub.

Beləliklə, 3 gün ərzində 15 oyun keçirən “Qəbələ” İzmirdə 8 qələbə qazanıb, 4 heç-heçə edib və 3 dəfə məğlub olub. 18 qol vuran komanda 9 top buraxıb.


Müəllif: