16 Aprel 10:58

“Yuventus” ciddi itki ilə üzləşib.

Teleqaf.com-un xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “A” seriyasının 32-ci turunda “Peskara” ilə səfərdə matçında Turin klubunun aparıcı üzvü Paulo Dibala zədələnib.

Gənc futbolçu Salli Muntari ilə mübarizə zamanı xəsarət alıb və oyunu davam etdirə bilməyib. Bu səbəbdən də Argentina yığmasının üzvü 54-cü dəqiqədə Sturaro ilə əvəzlənib.

Qeyd edək ki, “Yuventus” “Peskara” ilə səfər matçında 2:0 hesablı qələbə qazanıb.


Müəllif: