13 İyul 2014 15:10
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlığını başa vuracaq.

Son ölkə çempionu yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə 19:00) Zalsburq – Valletta reysi ilə Maltaya yola düşəcək.

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində “Valletta” ilə oyunqabağı son məşqinə “Ta qali” stadionunda bazar ertəsi yerıi vaxtla saat 18:30-da (Bakı vaxtıyla 21:30) çıxacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə “Valletta” – “Qarabağ” oyunu İyulun 15-də Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. /qol.az/


Müəllif: