17 Aprel 2017 16:24
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasının 33-cü turunda “Çelsi”ni qəbul edən “Mançester Yunayted” 2:0 hesabı ilə qalib gəlib.

Meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo sabiq komandası üzərində qələbə sayəsində İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Belə ki, o, Premyer Liqada bütün komandalara qalib gələn yeganə baş məşqçidir. “Çelsi” ilə 5 mövsümdə 3 çempionluq yaşayan portuqaliyalı mütəxəssis ilk dəfə London klubu üzərində qələbəyə sevinib.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 60 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
/Qol.az/


Müəllif: