14 İyul 2014 10:42
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatında ilk üçlüyə düşə bilməyən Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib.



Belə ki, “sambaçılar” Hollandiyaya 0:3 hesabı ilə məğlub olduqdan sonra mətbuat konfransı keçirən baş məşqçi özünün, köməkçilərinin və texniki direktor Karlos Alberto Parreyranın istefaya göndərildiyini açıqlayıb.

Qeyd edək ki, Braziliya yığması bu dünya çempionatında böyükhesablı məğlubiyyətlərlə yadda qalıb. Komanda yarımfinalda Almaniyaya 1:7 hesabı ilə məğlub olub. Hollandiyaya isə 0:3 hesabı ilə uduzan Braziliya yığması heç ilk üçlüyə də daxil ola bilməyib. Braziliyanın bu uğursuzluğu azarkeşlərin də kəskin reaksiyasında səbəb olmuşdu. Hətta onlar braziliyalı futbolçuları döyməyə də cəhd etmişdilər.

/ans press/


Müəllif: