23 Aprel 2014 22:29
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

"0:0 hesablı nəticə pis deyil. Biz səfərdə yaxşı oynayan komandayıq. Final yüksələ bilərik və bunun üçün sona qədər mübarizə aparacağıq. "Atletiko" dünyada hər komandanı məğlub edə biləcək gücdəyik. Düzdür, "Çelsi" səddini aşmaq asan deyil. Ancaq hələ də ümidimizi itirməmişik".

Teleqraf.com-un məlumatına görə, bu sözləri "Atletiko"nun futbolçusu Arda Turan Çempionlar Liqasınnı yarımfinalında "Çelsi" ilə oyundan (0:0) sonra "NTV Spor"a açıqlamasında deyib.

Türk yarımmüdafiəçi qarşılaşmaya ikinci hissədə daxil olmasının səbəblərindən də bəhs edib:

"Tam hazır deyildim. Çox az məşq etmişdim. Buna görə də start heyətdə yer almadım".


Müəllif: