23 Aprel 2014 23:17
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Bakari Sanya London təmsilçisindən ayrılmayacaq.

Teleqraf.com-un məlumatına görə, fransalı müdafiəçi sözləşməni yeniləmək barədə klubla razılığa gəlib. Onun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Sanya 2007-ci ildən "Arsenal"da çıxış edir.


Müəllif: