14 İyul 2014 15:15
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın dünya çempionatının finalında məğlub olması bu ölkədə ixtişaşlara səbəbə olub.

Alınan məlumata görə, məğlubiyyəti həzm edə bilməyən fanatlar Buenos-Ayresin küçələrinə axışaraq ixtişaş törədiblər. Fanatlar mağazaların vitrinlərini dağıdıb, avtomobilləri yandırıblar.

Polis ixtişaşı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Xeyli azarkeş həbs olunub.

Buenos-Ayresdən çəkilmiş fotoları təqdim edirik:

/publika.az/


Müəllif: