23 Aprel 2014 23:51
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted”in 19 yaşlı yarımmüdafiəçisi Adnan Yanuzay milli komanda seçimini edib.

Teleqraf.com-un məlumatına görə, Türkiyə yığmasına da dəvət edilən futbolçu Belçika millisində oynayacaq.

Bu barədə komandanın baş məşqçisi Mark Vilmots "Tvitter" hesabından yazıb. O, Yanuzayın Belçika yığmasının şərəfini qoruyacağını bildirib.

Qeyd edək ki, sözügedən ölkənin vətəndaşı olan oyunçunun türk qarışığı var.

Xatırladaq ki, Yanuzayla Türkiyə ilə yanaşı, Xorvatiya, Kosovo, Serbiya yığmaları da danışıqlar aparırdı.


Müəllif: