18 Aprel 2017 10:02
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə Madridin “Real” klubu öz meydanında “Bavariya”nı qəbul edəcək. Digər qarşılaşma isə “Lester” və “Atletiko” klubları arasında baş tutacaq.

İlk oyunda 2:1 hesablı qələbəyə sevinən “Kral klubu” cavab qarşılaşmasına bəzi itkilərlə çıxacaq. Zədə səbəbindən Qaret Beyl, Rafael Varan və Pepe oyunda iştirak etməyəcək.

“Bavariya”da isə Mats Hummels və Jerom Boatenq qarşılaşmanı buraxsa da, klubun əsas forvardı Robert Levandovski “Real” ilə oyunda meydanda olacaq.

İlk qarşılaşmada “Lester” üzərində 1:0 hesablı qələbəyə sevinən “Atletiko” klubunun ciddi itkiləri yoxdur.

Qarşılaşmalar Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Sabah isə yarımfinalın digər iki komandasının adı məlum olacaq.

19 aprel

22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya)
İlk oyun - 0:3

22:45. “Monako” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun - 3:2

Samir


Müəllif: