20 Aprel 01:41

Azərbaycan karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb

Azərbaycan karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb. Teleqraf.com xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda keçirilən çempionatda Rafael Ağayev 34 ölkədən 384 idmançının qatıldığı karate üzrə Rabat Premyer Liqasının qalibi olub.

Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün rəqiblərini məğlub edib. Bununla da karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.