21 Aprel 2017 14:35
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının yarımfinal cütlükləri müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, İspaniyanın “Real Madrid” klubu Madridin digər təmsilçisi “Atletiko” ilə qarşılaşacaq.

Digər oyunda isə Fransanın “Monako” klubu İtaliyanın “Yuventus” klubu ilə üz-üzə gələcək.

Yarımfinal mərhələsinin ilk oyunları 2-3 mayda, cavab görüşləri isə 9-10 mayda keçiriləcək.

Samir


Müəllif: