21 Aprel 2017 15:27
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Nyon şəhərində Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

Teleqraf.com xəbər verir ki, püşatmanın nəticələrinə əsasən, Hollandiyanın “Ayak” kollektivi Fransa “Lion”u ilə qarşılaşacaq.

Digər oyunda isə İspaniyanın “Selta” klubu isə İngiltərənin “Mançester Yunayted” komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları mayın 4-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

Samir


Müəllif: