21 Aprel 16:36
291

Bolqarıstanın Sofiya şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında çıxış edən Olimpiya ikincsi Rüstəm Orucov ¼ finala adlayıb. “Qafqazinfo” xəbər verir ki, o, 1/8 finalda erməni Ferinand Karapetyanı məğlub edib.

Olimpiya mükafatçımız Rüstəm Orucov yarışa 1/16 finalda qoşulub. O, bu mərhələdə Andre Seppa (Estoniya) ilə güləşib. Təmsilçimiz rəqibini tatamiyə çıxmağa peşman edib və ippanla qalib gəlib.

Rüstəm 1/8 finalda ermənistanlı Ferdinand Karapetyanla mübarizə aparıb. Cüdoçumuz bu rəqibini də yarışdan kənarlaşdırıb. Orucov yarımfinalda Musa Moquşkovla qarşılaşıb.


Müəllif: