21 Aprel 2017 20:14
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Joze Mourinyo: Müayinənin cavabını gözləmək lazımdır

Avropa Liqasının 1/4 finalının"Anderlext"lə cavab qarşılaşmasında sıradan çıxan “Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviçin durumu ciddidir.

Qol.az-ın məlumatına görə, bunu matçdan sonra yerli mətbuata açıqlama verən komandanın baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı çalışıdırıcı isveçli forvardın oyunun 90-cı dəqiqəsində ağır zədə aldığını bildirib:

“Düşünürəm ki, zədəsi ciddidir. Ancaq tibbi müayinənin cavabını gözləmək lazımdır. İndi bildiyim budur ki, vəziyyəti olduqca pisdir”.

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm ümumilikdə 46 oyun keçirib və 28 qol vurub.


Müəllif: Teleqraf.com