22 Aprel 2017 23:52
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, bu mərhələnin birinci matçında "Çelsi" "Tottenhem"lə qarşılaşıb. Görüş Antonio Kontenin komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Çelsi - "Tottenhem" - 4:2

Qollar: Villian, 5 (1:0), Harri Keyn, 18 (1:1), Villian, 43-pen (2:1), Dele Alli, 52 (2:2),Eden Azar, 75 (3:2), Nemanya Matiç, 80 (4:2)

Bu qələbə ilə "Çelsi" finala yüksəlib. London klubu həlledici matçda "Arsenal" - "Mançester Siti" cütünün qalibi ilə qarşılaşacaq.


Müəllif: