23 Aprel 2017 12:10
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bütün dünyanın diqqəti Madridə yönələcək.

Qol.az-ın məlumatına görə, İspaniya La Liqasının 32-ci turunda “Real” “Santyaqo Bernabeu”da “Barselona”nı qəbul edəcək.

Oyuna marağı artıran məqamlardan biri də komandaların qonşu pillələrdə qərarlaşmasıdır.

Çempionlar Liqasında mübarizəni dayandıran Kataloniya klubu La Liqada çempionluq iddiasını davam etdirmək üçün səfərdə qələbə qazanmağa çalışacaq. “Real” isə doğma meydanda əzəli rəqibini xalsız qoymaq niyyətindədir.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, 31 oyun keçirən "Real" 75 xalla turnir cədvəlinə başçılıq edir. "Barsa" isə 32 oyundan sonra 72 xalla ikincidir.

23 aprel

İspaniya La Liqası, 32-ci tur

22:45 “Real” – “Barselona”


Müəllif: