23 Aprel 2017 14:00
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən sumo güləşi üzrə Avropa çempionatının ilk günündə Azərbaycan idmançıları 4 medal qazanıblar.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, 21 yaşlı güləşçilərimizdən Məhərrəm Eyvazov (60 kq), Camal Feyziyev (+115 kq) və 23 yaşlılardan Çingiz Səmədov (92kq), həmçinin 85 kq. çəki dərəcəsində çıxış edən Namiq Sadiqov turnirin bürünc medallarını qazanıblar.

Azərbaycan "Sumo-2017" Avropa çempionatında 17 güləşçi, 2 nümayəndə və 2 hakimlə təmsil olunur.


Müəllif: