23 Aprel 2017 18:12
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Transfermarkt" hazırda ona 50 milyon avro qiymət qoyub

"Real" "Yuventus"un futbolçusu Paulo Dibalanı heyətinə qatmaq istəyir.

Fanat.az xəbər verir ki, baş məşqçi Zinəddin Zidanın da israrla istədiyi gənc ulduz üçün "Real"ın "Yuventus"a təklif edəcəyi paket də artıq hazırdı. İddia olunur ki, "Kral Klubu" Dibalanın qarşılığında italyanlara iki ulduzunu - Ceyms Rodriges və Alvaro Moratanı təklif edəcək.

Qeyd edək ki, Paulo Dibala 2012-ci ildə Argentinanın "İnstituto" klubundan "Palermo"ya 11,9 milyon avroya transfer olunub. "Yuventus" isə 2015-ci ildə onu 33,7 milyon avroya heyətinə qatıb. "Transfermarkt" hazırda ona 50 milyon avro qiymət qoyub. 23 yaşlı forvard bu mövsüm Turin klubunun heyətində 37 rəsmi oyuna çıxıb və 16 qol vurub.


Müəllif: