24 Aprel 2017 01:12
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb

Türkiyə superliqasında derbi oyunu keçirilib. Teleqraf.com xəbər verir ki, 28-ci turda İstanbul nəhəglərindən “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 90+1-ci dəqiqədə Souza vurub.

Bu qələbə sayəsində xalını 53-ə yüksəldən “Fənərbaxça” 3-cü pillədəki mövqeyini möhkəmlədib. “Qalatasaray” 49 xalla 4-cü yeri tutur.

.


Müəllif: