24 Aprel 2017 08:34
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal” finala vəsiqə qazandı

İngiltərə kubokunda finalçılar bəlli oldu

İngiltərə kubokunda ikinci finalçı bəlli olub.

Teleqraf.com-un xəbərinə görə, ikinci yarımfinal oyununda “Arsenal” və “Mançester Siti” üz-üzə gəlib.

Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda isə daha bir qol vuran “Arsenal” finala vəsiqə qazanıb - 2:1.

London klubu həlledici görüşdə paytaxtın digər təmsilçisi “Çelsi” ilə üz-üzə gələcək. Final oyunu mayın 27-də Londonun “Uembli” stadionunda keçiriləcək.


23 aprel

“Arsenal” – “Mançester Siti” - 2:1
Qollar: Naço Monreal, 72. Aleksis Sançes, 101 - Serxio Aquero, 62


Müəllif: Teleqraf.com