15 İyul 2014 11:44
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal”ın yarımmüdafiəçisi Cek Uilşer yenə də idman rejimini pozmaqla gündəmə gəlib.

Bir müddət əvvəl “Arsernal”ın baş məşqçisi Arsen Venger buna görə futbolçuya ciddi xəbərdarlıq etmişdi. Görünür, bu xəbərdarlığın Uilşerə heç bir təsiri olmayıb.

Las-Veqasda istirahət edən futbolçunun kef məclisindən çəkilmiş fotoları yayılıb.

Hovuzda olan Uilşerin fotolarından aydın olur ki, futbolçu siqareti tərgitməyib.

Uilşerlə birlikdə kef məclisində “Mançester Yunayted”in qapıçısı Co Hart da olub.

Qeyd edək ki, ötən ilin oktyabrında Uilşer bu hərəkətinə görə Arsen Vengerdən üzr istəməli olmuşdu. O, bir daha belə hərəkətə yol verməyəcəyini bildirmişdi.

/publika.az/


Müəllif: