27 Aprel 2017 08:35
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın və Braziliya millisinin sabiq hücumçusu Romario iddialı açıqlama ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, futbol tarixinin ən yaxşı bombardirlərindən olan Romario yerli mətbuata açıqlamasında futbol oynadığı dövrdə Argentina futbolunun əfsanəsi Dieqo Maradona və hazırda dünyanın ən güclü futbolçularından sayılan “Barselona”nın argentinalı hücumçusu Lionel Messidən daha yaxşı olduğunu deyib:

“Tam təvazökarlıqla deyirəm, futbol oynadığım dövrdə Messi və Maradonadan daha yaxşı idim. Klub və milli komandadakı çıxışına görə hazırda ən yaxşı futbolçu isə Neymardı”.

Braziliyada deputat olan Romario Messi ilə Maradonanı da müqayisə edib:

“Maradona Messidən daha yaxşı idi. Messinin ən yaxşı olmaq üçün dünya çempionluğuna ehtiyacı var”.

Romario Braziliya millisinin heyətində DÇ-1994-də çempion olmuşdu.


Müəllif: