27 Aprel 2017 15:24
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında neçə idmançı ilə təmsil olunacağı dəqiqləşib.

Yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, yığmamız İslamiadada 335 idmançı ilə təmsil olunacaq.

Mayın 12-22-də keçiriləcək yarışda komandamız 21 növün hər birində çıxış edəcək.

Qeyd edək ki, yarışın rəsmi açılış mərasimi mayın 12-də olsa da, İslam Həmrəyliyi Oyunları ayın 8-də futbol yarışı ilə başlayacaq.


Müəllif: