29 Aprel 2017 08:05
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Federiko Pastorelo agenti olduğu "Monako"nun futbolçusu Kilian Mbappe barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, 18 yaşlı hücumçunun qiymətinin 80 milyon avrodan çox olduğunu deyib:

“Mbappe üçün 80 milyon avro? Bu məbləğə "Monako" onun bir ayağını satar. Kilian mənə Tyerri Anri və Trezeqeni xatırladır. O, möhtəşəm istedada sahibdir və çox ağıllı futbolçudur".

F.Pastorelo dünya futbolunda K.Mbappeni transfer edə biləcək 4 klub olduğunu söyləyib:

“Real”, “Barselona”, “Mançester Siti” və “Mançester Yunayted” onu transfer edə bilər. Ancaq məncə, Kilianın bu yayda “Monako”nu tərk etməsi düzgün seçim olmaz. Hazırda o, çox yüksəklərdədir və onun səviyyəsində gənc futbolçu yoxdur. Növbəti mövsümdə daha böyük işlər görə bilər”. (qol.az)


Müəllif: