30 Aprel 2017 08:50
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfər oyununda “Volfsburq” komandasına 6:0 hesabı ilə qalib gələn Münxenin “Bavariya” futbol klubu dalbadal beşinci dəfə Almaniya çempionu titulunu qazanıb.

Teleqraf.com xəbər verir ki, Almaniya bundesliqasının başa çatmasına üç tur qalmış 73 xal toplayan münxenlilər rəqibləri üçün əlçatmaz olub. İkinci yerdə gedən “Leypsiq” klubunun 63 xalı var.

Beləliklə, “Bavariya” ümumilikdə 27 dəfə Almaniya çempionu titulunu əldə edib. Bu, turnirin rekordudur.


Müəllif: