30 Aprel 2017 12:20
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış ukraynalı boksçu Vitali Kliçko britaniyalı Entoni Coşuaya məğlub olub.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Londonda keçirilən döyüşdə qalib 11-ci raundda müəyyənləşib.

41 yaşlı Kliçko 12 raundluq döyüşün 11-ci raundunda Coşuaya texniki nokautla uduzub. Ukraynalı boksçu bu dəfə də 2006-cı ildə (IBF) və 2011-ci ildə (WBA) sahib olduğu iki mötəbər versiya üzrə çempion titullarını qaytara bilməyib.

27 yaşlı Entoni Coşua üçüncü dəfə İBF versiyasında dünya çempionu titulunu qoruya bilib. O, hələ professional rinqdə məğlub olmayıb. 19 qələbənin hamısını nokautla qazanıb.



Müəllif: