16 İyul 2014 00:02
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları start verdi.

Teleqraf.com xəbər verir ki, bu il Azərbaycanı ÇL-də təmsil edən "Qarabağ" Maltanın "Valletta" klubunun qonağı olub.

Ağdamlılar bu görüşdən minimal hesablı qələbə ilə ayrılıblar. Yeganə qolu matçın 17-ci dəqiqədə Çumbinyo vurub.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.

Uğur


Müəllif: