24 Aprel 2014 11:29
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fənərbaxça”nın ev oyunlarını keçirdiyi “Şükrü Saracoğlu” stadionu Milli Suverenlik və Uşaq Bayramı çərçivəsində tarixi bir ana ev sahibliyi edib.

Teleqraf.com xəbər verir ki, İstanbul klubunun aşağı yaş qrupu üzrə komandalarının üzvlərinin təşkilatçılığı ilə stadionda bir araya gələn 1907 nəfər vizual olaraq Atatürk imzasını yaradıb.

Tədbirdə klub rəsmiləri Turhan Şahin və Şekip Mosturoğlu, idarə heyətinin üzvü Yalçın Haker iştirak edib. Tədbirdə 1907 nəfərin iştirakına gəlincə, bu “Fənərbaxça”nın yaranma tarixini göstərir - 1907-ci il.


Müəllif: