16 May 2017 10:31
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarına start verilib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan təmsilçisi Eriş Yaprak ilk görüşünü keçirib.

İlk döyüşdə onun rəqibi Pakistan təmsilçisi Hamdani Farsin olub. İdmançımız 29:3 hesabı ilə rəqibinə qalib gələrək yarımfinala çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Müəllif: