17 May 2017 11:31
1 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq.

Teleqraf.com xəbər verir ki, bunu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika üzrə yeni rekordlar əldə edərək qızıl medal qazanan idmançımız Anastasiya İbrahimli mətbuat konfransında deyib.

O, İslam Həmrəyliyi Oyunlarına çox yaxşı hazırlaşdıqlarını bildirib:

"Əvvəlcədən nəticəni müəyyənləşdirmək olmur. Amma bütün çətinlikləri dəf edib qızıl medal qazandıq".

İbrahimli körpücük üzərinə hicabla çıxmasının mesaj və ya həyat tərzi olduğuna dair suala belə cavab verib: "İslam mənim dinimdir. Artıq bir neçə ildir hicab geyinirəm. Düşünürəm ki, qadının idmançı olub-olmamağından asılı olmayaraq, o, qapalı geyinməlidir. Mən qadınların açıq-saçıq geyiminin əleyhinəyəm".

Xatırladaq ki, A.İbrahimli 69 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. O, İslam Həmrəyliyi Oyunları tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.

Nərgiz


Müəllif: Teleqraf.com