17 May 2017 16:50
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qələbə emosiyalarımı necə ifadə edəcəyimi bilmirəm. Mənim tərəf-müqabilim, IV İslam Həmrəyliyi Oyunlarının beşqat çempionu Ruslan Lunyov həmişəki kimi yenə də çox yaxşı formada idi. Finalda, demək olar, bütün hədəflərimizi düzgün nişan alırdıq. Deyəsən, bu gün mən ən yaxşı oyunumu nümayiş etdirdim.

Bu sözləri AzərTac-a məxsusi müsahibəsində İslamiadada 10 metr məsafədən pnevmatik tapançadan atəşaçma üzrə qarışı komanda yarışlarının qalibi Nigar Nəsirova söyləyib.

O deyib: “Srağagün fərdi yarışlarda təsnifat raundunu keçməyə cəmi bir xalım çatmadı, amma ruhdan düşmədim. İnanırdım ki, yığmamın məşqçisinin və azarkeşlərin ümidlərini doğruldacağam. Dünən fərdi yarışlarda bürünc mükafat qazana bildim. Bu gün də bütün imkanlarımı səfərbərliyə alıb özümü qələbəyə köklədim. Tərəf-müqabilimin İslamiadanın çoxqat çempionu olması, onun çempionlara xas təmkini qızıl medal qazanmaq şansımızı artırırdı. Nəticədə hər şey əla oldu. Biz finalda Oman yığmasının İsmayıl Al-Abri və Vadha Al-Baluşidən ibarət qarışıq komandasını məğlubiyyətə uğrada bildik. Mənə inanan hər kəsə təşəkkür edirəm”.


Müəllif: Teleqraf.com