17 May 2017 18:55
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvandoçumuz finala yüksəlib.

Teleqraf.com-un məlumatına görə, Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) yarımfinalda İran təmsilçisi Şalmei Sudabe Poursadiqi ilə qarşılaşıb.

İdmançımız rəqibindən üstün döyüş nümayiş etdirərək final mərhələsinə yüksəlib - 15:4.

P.Abakarovanın finaldakı rəqibi qazaxıstanlı Aynur Yesbergenova olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Müəllif: Teleqraf.com