18 May 2017 14:22
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün IV İslam Həmrəylik Oyunlarında futbol yarışının yarımfinal oyunlarına start verilib.

Teleqraf.com xəbər verir ki, ilk oyunda Azərbaycan yığması Əlcəzairlə qarşılaşıb.

Komandamız 2-0 hesablı qələbəyə sevinərək, finala vəsiqə qazanıb.

Azərbaycan yığmasının heyətində qolları 39-cu dəqiqədə Ruslan Abışov, 58-ci dəqiqədə Məqsəd İsayev vurub.

Yığmamızın rəqibinin adına Bakı vaxtı ilə 18:30-da başlayacaq Kamerun – Oman qarşılaşmasında aydınlıq gələcək.

Samir


Müəllif: Teleqraf.com