18 May 2017 22:24
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışları bu gün başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımız Cavid Çələbiyevin şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.


Müəllif: Teleqraf.com